Afrikanın ən iri səhra xəstəxanası Mərakeşdə 10 günə tikildi  

18:16 24.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mərakeş Krallığında, Afrika qitəsində ən böyük olan səhra xəstəxnasının tikintisi başa çatıb.

Hafta.az yazır ki, ümumilikdə 16 min kvadratmetr sahəsi olan və 4 nəhəng çadırdan ibarət səhra xəstəxanası cəmi 10 gün ərzində, yüksək keyfiyyətlə Kasablanka şəhərinin Settat bölgəsində inşa edilib. Salonlar toplam 15 min kvadratmetr rezin və taxta materialla örtülüb.

Məlumata görə, səhra xəstəxanasında 720 otaq yaradılıb, 10 min kvadratmetr ərazi arakəsmələrə bölünüb. Təxminən 1200 güclü projektorla işıqlandırılan işıqlandırılan səhra xəstəxanasında ağır vəziyyətdə olan xəstələr üçün 6 reanimasiya şöbəsi və bir neçə müayinə otağı,.kişi və qadınlar üçün olmaqla ümumən 50 daxili sanitar qovşağı, 50 daxili duş kabinəsi, ayrıca saxlama və dezinfeksiya, havalandırma, elektrik və işıqlandırma bölmələri yaradılıb. Bundan başqa, xəstəxana 720 çarpayı, 1000 ədəd stol-stulla təchiz olunub.

Xatırladaq ki, səhra xəstəxanasının ərsəyə gəlməsində müxtəlif sahələri təmsil edən 15 şirkət iştirak edib və yarım milyon dollar xərclənib. Fərqli peşə və sənət sahibi olan 270 nəfər sutkaboyu davam edən, üçnövbəli iş prinsipi əsasında 24 saat işləməklə, toplam 45300 saat ərzində Mərakeş dövləti və xalqı üçün indiki çətin pandemiya şəraitində belə möhtəşəm əsər yaradıb.

Qeyd edək ki, bu, Mərakeşdə tikilmiş ilk səhra xəstəxanası deyil. Hələ aprelin 2-də Mərakeş Kral Silahlı Qüvvələri (FAR) Kasablanka yaxınlığındakı Benslimanedə ilk hərbi səhra xəstəxanasının inşasını başa çatdırıb. Rekord müddətdə, cəmi 6 gün müddətində tikilən xəstəxana, ağır vəziyyətdə olan COVID-19 xəstələri üçün 20 reanimasiya şöbəsi ilə birlikdə 460 yataqdan ibarətdir. Həmin xəstəxanada 13 həkim və 69 tibb bacısı çalışır.